İslandiya Aİ-yə qoşulmaq üçün referendumuna hazırlaşır

İslandiya Aİ-yə qoşulmaq üçün referendumuna hazırlaşır backend

İslandiya Avropa İttifaqına (AB) üzvlük danışıqlarının yenidən açılması ilə bağlı referenduma hazırlaşır.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə ölkənin Baş naziri Kristrun Frostadouttir bildirib.

"Növbəti aylarda referendum üzərində işləyəcəyik. Bilirik ki, bu, bir fürsətdir. Avropa ilə daha çox inteqrasiya olmaq istərdik", - deyə o bildirib.

Qeyd edək ki, 2009-cu ildə İslandiya Avropa İttifaqına qoşulmaq üçün müraciət etmiş, lakin danışıqlar 2013-cü ildə dondurulmuşdur. 2015-ci ildə müraciət faktiki olaraq geri götürülmüş və ölkənin namizəd statusu ləğv edilmişdir.

QAZİLER.AZ