Ukrayna Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində imzalanmış bir neçə fundamental müqavilədən, o cümlədən 1991-ci il Alma-Ata Sazişindən rəsmi olaraq çıxıb.
Qaziler.az xəbər verir ki, bu barədə fərman Ukrayna Prezidenti Volodimir Zelenskinin veb saytında dərc olunub.
Bu fərmanlara vahid hava hücumundan müdafiə sisteminin yaradılması və MDB koordinasiya institutları haqqında sənədlər də daxildir.
Xüsusilə, Kiyev MDB Dövlət Başçıları Şurasının 21 dekabr 1991-ci il tarixli qərarlarını və 10 fevral 1995-ci ildə bağlanmış müqavilələri ləğv edib. Bu addımlar Ukraynanın Birlik daxilində bir sıra əsas strukturlarda və müqavilələrdə iştirakının sonunu göstərir.
QAZİLER.AZ



