Ukraynadakı vəziyyəti həll etmək üçün diplomatik səylər davam etdirilməlidir.
Qaziler.az-ın məlumatına görə, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens “Fox News”da bildirib.
Amerikalı siyasətçinin sözlərinə görə, diplomatiya münaqişənin həllinin açarı olaraq qalır.
“Bu məsələnin həlli diplomatik səylərin davam etdirilməsindədir”, - Vens deyib.
Qeyd edək ki, Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə aparılan danışıqların sonuncu mərhələsi 17-18 fevral tarixlərində Cenevrədə keçirilib.
QAZİLER.AZ



