Avropa İttifaqı Rusiya, ABŞ və Ukrayna arasında danışıqları pozmağa çalışaraq münaqişənin sülh yolu ilə həllinə mane olub.
Qaziler.az lenta.ru-ya istinadən xəbər verir ki, bunu Hindistanın keçmiş xarici işlər naziri Kanval Sibal sosial mediada bildirib.
O qeyd edib ki, bu münaqişənin kökləri SSRİ-nin dağılmasında, NATO-nun genişlənməsində, Rusiyanın təhlükəsizlik üçün təhdid kimi qəbul edilməsində və onu Avropadan təcrid etmək cəhdlərindədir. Məqalədə aydınlaşdırılır ki, Aİ sülhə maneəyə çevrilib.
"Kanval Sibal Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın Moskvanın güzəştə getməkdən imtina etməsi ilə bağlı açıqlamalarına belə cavab verib", - lenta.ru yazıb.
Xatırladaq ki, o, Hindistanın Rusiya, Türkiyə, Misir və Fransadakı səfiri olub.
QAZİLER.AZ



