Сenevrədə Suriya üzrə BMT-ABŞ-Rusiya üçtərəfli siyasi məsləhətləşmələr çərçivəsində görüş keçirilib.
Qaziler.az bildirir ki, APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, məsləhətləşmələr iki saatdan çox davam edib.Görüşdə digər mövzularla yanaşı “Suriyaya dəstək qrupu"nun növbəti görüşünə hazırlıq məsələləri müzakirə olunub.
Məsləhətləşmələrdə BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura, ABŞ dövlət katibinin Yaxın Şərq üzrə köməkçisi Enn Paterson və Rusiya xarici işlər nazirinin müavini Qennadi Qatilov iştirak ediblər.