Boris Conson ABŞ-ın Ukraynanı dəstəkləyən BMT qətnaməsi üzrə səsvermədən imtina qərarını "rüsvayçılıq" adlandırıb.
Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, o, bu barədə X sosial media səhifəsində açıqlama verib.
"Keçən il ABŞ Ukraynanı dəstəkləyən BMT qətnaməsinə qarşı səs verərək Rusiya və Şimali Koreya ilə birləşə bildi. Bu il ABŞ sadəcə bitərəf qaldı. Güman edirəm ki, bu, irəliləyişdir. Amma yenə də həqiqətən utancvericidir", - Britaniyanın keçmiş Baş naziri yazıb.
Birləşmiş Ştatlar BMT Baş Assambleyasında Ukrayna münaqişəsi ilə bağlı Rusiya əleyhinə qətnamə üzrə səsvermədə bitərəf qaldı. 107 ölkə qətnamənin lehinə, 12 ölkə əleyhinə, 51 ölkə isə bitərəf qaldı.
QAZİLER.AZ



