ABŞ hakimiyyəti Rusiyaya qarşı sanksiya siyahılarına daha üç hüquqi şəxs və daha dörd fiziki şəxsi əlavə edib.
Trend-in məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin mətbuat açıqlamasında deyib.
Sənədə əsasən, sanksiyalar kiberməkandakı fəaliyyətlə əlaqədar tətbiq olunur.
Xüsusilə, BƏƏ-də qeydiyyatdan keçmiş "Advance Security Solutions" və "Special Technology Services LLC FZ" şirkətləri, eləcə də "Matrisa" MMC sanksiyalara məruz qalıb.



