Luvr muzeyinin direktoru istefa verib

Luvr muzeyinin direktoru istefa verib backend

Fransa Prezidenti Emmanuel Makron çərşənbə axşamı Paris Luvr Muzeyinin rəhbəri Lorens de Karsın istefasını qəbul edib.

Qaziler.az-ın məlumatına görə, "France 24" xəbər verir ki, o, yüksək səviyyəli zərgərlik oğurluğu və kütləvi tətillərin nəticələri ilə mübarizə aparır.

Lorens de Kars istefa ərizəsini təqdim etdi və Makron istefa ərizəsini qəbul edib. O, "dünyanın ən böyük muzeyinin sakitliyə və əsas təhlükəsizlik və modernləşdirmə layihələrini uğurla həyata keçirmək üçün yeni, güclü təkana ehtiyac duyduğu bir vaxtda məsuliyyət hərəkətini yüksək qiymətləndirdi", - prezident ofisindən bildirilib.

Luvr muzeyi ötən ilin oktyabr ayında baş vermiş soyğundan sonra "sarsılıb". Bu soyğun nəticəsində hələ də tapılmayan dörd qarətçi 102 milyon dollar dəyərində zərgərlik əşyalarını oğurlamışdı. Tətillər həmçinin muzeylərin müntəzəm olaraq bağlanmasına səbəb olmuşdu.

QAZİLER.AZ