Braziliyanın cənub-şərqindəki Juis-de-Fora şəhərinə yağan leysan yağışlar nəticəsində ən azı 14 nəfər ölüb, 440 nəfər isə evsiz qalıb.
Qaziler.az bildirir ki, bu barədə "Reuters" məlumat verir.
Yağışlar daşqınlara və torpaq sürüşmələrinə səbəb olub və hakimiyyət orqanlarının məlumatına görə, bələdiyyə məktəblərində dərslər dayandırılıb. Hadisələrə müdaxilə etmək və itkin düşmüş insanları axtarmaq üçün ixtisaslaşmış qruplar səfərbər edilib.
Meriyanın açıqlamasında bildirilir ki, Minas Jerays ştatında fövqəladə vəziyyət elan edilib. Şəhərə dəstək vermək üçün federal və ştat agentlikləri səfərbər edilib.
QAZİLER.AZ



