Türkiyə İraqla razılaşdı

Türkiyə İraqla razılaşdı backend

Türkiyə Baş nazirliyinin ofisi Xarici İşlər Nazirliyinin müşaviri Firidun Sinirlioğlu və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanın Bağdada səfəri barədə rəsmi məlumat yayıb.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, yayılan məlumatda Türkiyə rəsmilərinin İraq Baş naziri Heydər Abadi və Müdafiə naziri Xalid Ubeydi ilə görüşdüyü bildirilib.

Görüşlər zamanı Türkiyənin İraqın suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiyi vurğulanıb. İŞİD-ə qarşı mübarizədə İraqa verilən dəstəyin davam etdiriləcəyi bildirilib.

Bundan əlavə, Mosulun Beşika bölgəsinə göndərilən türk hərbçiləri barədə razılıq əldə olunub. İraq hökumətinin həssaslığı nəzərə alınaraq, türk hərbçilərinin sayının yenidən təşkili barədə qərar verilib.

Qeyd edək ki, Türkiyə dekabrın 4-də Beşikada peşmərgəyə təlimlər keçən hərbçilərinin sayını artırıb. Ankaranın bu qərarı Bağdad tərəfindən etirazla qarşılanıb.
Diaspora