Finlandiya Paralimpiya Oyunlarının açılış mərasimindən imtina edib

Finlandiya Paralimpiya Oyunlarının açılış mərasimindən imtina edib backend

Finlandiya milli komandası İtaliyada keçiriləcək Paralimpiya Oyunlarının açılış mərasimini buraxacaq.

Finlandiya Rusiya idmançılarına qoyulan məhdudiyyətlərin aradan qaldırılması səbəbindən İtaliyada keçiriləcək Qış Paralimpiya Oyunlarının açılış mərasimində iştirak etməmək qərarına gəlib.

Qaziler.az bildirir ki, bu barədə 24 fevralda Finlandiya Paralimpiya Komitəsinin sədri Sari Rautio məlumat verib. Onun sözlərini "Yle" televiziya kanal sitat gətirib.

Xəbər verildiyi kimi, Finlandiya Paralimpiya Komitəsi Ukrayna tərəfinin xahişinə cavab olaraq açılış mərasimini buraxmaq qərarına gəlib. Finlandiya ilə yanaşı, Estoniya, Latviya və Polşa da tədbirdə iştiraklarını ləğv ediblər. Lakin idmançılar yarışın özünü boykot etməyəcəklər.

Rautio bildirib ki, Finlandiya əvvəllər təşkilatın iclasında Rusiya və Belarus idmançılarının öz milli bayraqları altında iştirakına qarşı səs vermişdi, lakin bu mövqe səs çoxluğu qazanmadı.

QAZİLER.AZ