Rus uşaqlarına səngər qazmaq və avtomatdan atəş açmaq da daxil olmaqla, real döyüş vəziyyətlərində lazım olan praktik bacarıqlar öyrədilməlidir.
Qaziler.az-ın məlumatına görə, bunu Yekaterinburq Şəhər Dumasının deputatı Stanislav Kiselev “RuTube”da yayımlanan verişildə təklif edib.
Xüsusi Hərbi Əməliyyatlar (XƏƏ) zonasına müntəzəm olaraq baş çəkən Kiselev uşaqlıqda qazanılan bu bacarıqların çox vaxt faydalı olduğunu vurğulayıb. O, gənc nəslin real hərbi əməliyyatlarla qarşılaşacağı təqdirdə, bu bacarıqların ekstremal şəraitdə mənimsənilməsi əvəzinə, sadəcə tanış bir fəaliyyət kimi xatırlanacağını bildirib.
QAZİLER.AZ



