İspaniya "X", "Meta" və "TikTok"un araşdırılmasına başlayıb

İspaniya "X", "Meta" və "TikTok"un araşdırılmasına başlayıb backend

İspaniya Prokurorluğu “X” (əvvəllər Twitter), “Meta” və “TikTok” sosial şəbəkələri ilə bağlı araşdırmaya başlamaq üçün hökumətin tələbini nəzərdən keçirir.

Qaziler.az-ın məlumatına görə, bu barədə ölkənin EFE nəşri məlumat yayıb.

Prokurorluq süni intellekt texnologiyalarından istifadə edərək yetkinlik yaşına çatmayanların iştirak etdiyi pornoqrafik məzmunun yaradılması və yayılması ilə bağlı potensial qanun pozuntularını araşdıracaq. Təşəbbüs Nazirlər Şurası tərəfindən 17 fevralda Ofisə təqdim edilib. Nəzarət orqanı hüquqi əsasları təhlil etdikdən və Prokurorlar Şurası ilə məsləhətləşmələrdən sonra mümkün hüquqi tədbirlər barədə qərar veriləcəyini açıqlayıb.

QAZİLER.AZ