Hindistan Hərbi Hava Qüvvələrinin döyüş qabiliyyətini artırmaq üçün 40-a qədər Rusiya beşinci nəsil “Su-57” qırıcı təyyarəsi almağı düşünür.
Qaziler.az-ın məlumatına görə NDTV mənbələrə istinadən xəbər verir ki, alış, ölkənin aviasiya donanmasını gücləndirmək üçün artan regional təhlükəsizlik problemləri fonunda müzakirə olunur.
“Su-57” Qərb hava hücumundan müdafiə sistemlərinə qarşı real döyüş şəraitində effektivliyini sübut edən dünyada yeganə beşinci nəsil qırıcı təyyarədir. Təyyarə aşağı radar müşahidə qabiliyyətinə malikdir və geniş çeşiddə dəqiq idarə olunan sursatlardan istifadə etməyə qadirdir.
QAZİLER.AZ



