Rusiya-Ukrayna müharibəsi başladıqdan dərhal sonra ABŞ-nin keçmiş Prezidenti Co Bayden Zelenskiyə ölkəni tərk etməyi tövsiyə edib və təxliyə ilə bağlı ona kömək təklif edib.
Qaziler.az-ın məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin 4-cü ildönümü ilə bağlı videomüraciətində danışıb.
Ukrayna liderinin sözlərinə görə, məhz həmin anda Vaşinqton Ukraynanı təcili tərk etmək lazım olduğu barədə ona siqnal göndərib.
"Mən burada Prezident Baydenlə danışdım və məhz burada eşitdim: “Volodimir, təhlükə var, təcili olaraq Ukraynanı tərk etməlisiniz””, - deyə Zelenski bildirib.
QAZİLER.AZ



