Pentaqon rəhbəri yadplanetlilərin mövcudluğunu etiraf edib

Pentaqon rəhbəri yadplanetlilərin mövcudluğunu  etiraf edib backend

ABŞ-nin müdafiə naziri Pit Heqset Kolorado ştatının Luisvill şəhərindəki “Sierra Space”ə səfəri zamanı yadplanetlilərin mövcud olduğunu inkar etməyib.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki,  o, departamentinin hazırda bu mövzu ilə bağlı məlumat topladığını və araşdırma apardığını söyləyib.

"İşçilərimiz hazırda bunun üzərində işləyirlər. Bunun nə qədər vaxt aparacağını əvvəlcədən demək istəmirəm, amma biz artıq işə başlamışıq", - Heqset deyib.

QAZİLER.AZ