Rusiya bu vaxta qədər Ukraynaya edilən hərbi yardımın məbləğini açıqladı

Rusiya bu vaxta qədər Ukraynaya edilən hərbi yardımın məbləğini  açıqladı backend

Rusiya-Ukrayna müharibəsinin başlanğıcından bəri Qərb ölkələri Ukraynaya 126 milyard avro hərbi yardım göstərib.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Dmitri Polyanski açıqlamasında deyib.

O bildirib ki, NATO ölkələrinin bütün hərbi-sənaye maşını Rusiyaya qarşı mübarizə aparır.

“NATO ölkələrinin bütün hərbi-sənaye maşını ukraynalıların əli ilə Rusiyaya qarşı mübarizə apardığı heç kimə sirr deyil. Hərbi mərhələnin başlanğıcından bəri onlar artıq Kiyevə birbaşa hərbi yardım üçün 126 milyard avro xərcləyiblər”, - Polyanski deyib.

QAZİLER.AZ