İraqın Ənbar vilayətində İŞİD-in beş komandiri məhv edilib.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı İraq Müdafiə Nazirliyi yayıb. Öldürülən şəxslər İŞİD-in “müharibə naziri”, Ənbar vilayətinin rəhbəri, komunikasiya, təhlükəsizlik və kamikadzelərə rəhbərlik edən komandirlər olublar.Qeyd edək ki, bundan öncə də ABŞ İŞİD-in üç komandirinin öldürülməsi haqqında məlumat yayıb.