Britaniyanın ABŞ-dəki keçmiş səfiri həbsdən azad edilib

Britaniyanın ABŞ-dəki keçmiş səfiri həbsdən azad edilib backend

Böyük Britaniyanın ABŞ-dəki keçmiş səfiri Peter Mandelson maliyyəçi Ceffri Epşteynə məxfi hökumət məlumatlarının sızdırılması ilə bağlı vəzifə səlahiyyətlərindən sui-istifadəylə əlaqədar istintaq çərçivəsində girov müqabilində həbsdən azad edilib.

Bu barədə "Sky News" xəbər verib.

Eyni zamanda London polisi Mandelsonun təsvirinə uyğun olan bir kişinin azadlığa buraxıldığını təsdiqləyib: "Vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəsi ilə həbs edilən 72 yaşlı kişi əlavə araşdırmalar aparılana qədər girov müqabilində azadlığa buraxılıb. O, 23 fevral bazar ertəsi günü Kamdendəki (London rayonu - red.) evində həbs edilib və dindirilmək üçün Londonun polis bölməsinə aparılıb", - paytaxt polisinin açıqlamasında bildirilib.

Qeyd olunur ki, hüquq-mühafizə orqanları istintaqa ziyan vurmamaq üçün əlavə məlumat verə bilmirlər.

Report.az