Avropa Ukraynadakı münaqişəni həll edə bilməz - Orban

Avropa Ukraynadakı münaqişəni həll edə bilməz - Orban backend

Avropa Ukraynadakı münaqişəni maliyyə cəhətdən həll edə bilməz, çünki boğaza qədər borc içindədir.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

"Biz Rusiyanın hərbi iqtisadiyyatını və hərbi maşınını uzun illər qoruyub saxlaya biləcəyini gözləyirik. Görürük ki, Ukrayna və Avropa hərbi ehtiyatlarını, vəsaitlərini və insan resurslarını Rusiyadan daha tez tükətəcəklər", - deyə siyasətçi bildirib.

Bundan əlavə, Orban Rusiyanın nüvə hərbi potensialını xatırladıb və nüvə gücünü necə məğlub etmək sualına cavab olmadığını vurğulayıb.