Netanyahudan xəbərdarlıq: "İsraili çətin günlər gözləyir"

Netanyahudan xəbərdarlıq:  "İsraili çətin günlər gözləyir" backend

İsrail çətin günlər yaşayır və İranla qarşıdurmada istənilən ssenariyə hazırdır.

Qaziler.az-ın məlumatına görə, “The Times of Israel” bunu İsrailin Baş naziri Binyamin Netanyahuya istinadən bildirib.

"Çətin günlər yaşayırıq... Heç kim gələn günün nə gətirəcəyini bilmir. Gözlərimiz açıqdır. İstənilən ssenariyə hazırıq", - deyə Netanyahu bildirib.

İsrailin baş naziri həmçinin müxalifət siyasətçilərini birləşməyə çağıraraq əlavə edib ki, indi mübahisə etməyin vaxtı deyil. Netanyahu vurğulayıb ki, indi, həmişəkindən daha çox xalqı birləşdirməli və çiyin-çiyinə dayanmalıyıq.

"Gücümüzə əminəm, komandirlərimizə, əsgərlərimizə, xalqımıza, İsrail vətəndaşlarına, sizə etibar edirəm. Artıq sübut etmişik ki, birlikdə dayananda böyük uğurlara nail oluruq", - deyə Netanyahu vurğulayıb.

QAZİLER.AZ