ABŞ Prezidenti Donald Tramp "dəli atıcılar"ın hədəfinə düşməmək üçün daha az əhəmiyyətli siyasi fiqur olmaq istədiyini söyləyib.
Qaziler.az-ın məlumatına görə, Ağ Ev Amerika liderinin sözlərini yayımlayıb.
"Bütün bu dəli atıcılar haqqında oxuyursunuz, amma onlar yalnız vacib olan prezidentlərin arxasınca düşürlər. Onlar əhəmiyyətsiz prezidentlərin arxasınca düşmürlər, bilirsinizmi?" - Tramp diqqət çəkib.
O, ABŞ-nin 16-cı prezidenti Avraam Linkoln və onun kimi hədəfə alınan 35-ci prezidenti Con Kennedinin taleyini xatırladıb. Trampın sözlərinə görə, onlar əla siyasətçilər idilər və ölkə üçün çox əhəmiyyətli işlər görüblər.
"Mənə deyilib ki, yalnız vacib olanların arxasınca düşürlər. Ona görə də bir az daha az əhəmiyyətli olmaq istəyirəm. Bir az yavaşlaya bilərik. Bunu yavaş və sabit şəkildə edə bilərik. Bir müddət normal bir prezident olum", - Tramp deyıb.
QAZİLER.AZ



