Kallas Aİ-Rusiya danışıqlarının başlanğıc nöqtəsini açıqladı

Kallas Aİ-Rusiya danışıqlarının başlanğıc nöqtəsini  açıqladı backend

Ukrayna ilə bağlı Aİ-Rusiya danışıqlarının başlanğıc nöqtəsi sərhədlərə hörmət və sabotajın dayandırılması olmalıdır.

Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bunu Brüsseldə Aİ xarici işlər nazirlərinin görüşündən sonra Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib.

Onun sözlərinə görə, Aİ-nin Rusiyaya qarşı tələbləri müharibənin vurduğu ziyana görə kompensasiya və oğurlandığı ukraynalı uşaqların geri qaytarılmasını da əhatə edir. Diplomat bunların şişirdilmiş tələblər olmadığını vurğulayıb.

"Avropanın Rusiyanın müharibəsinin necə bitəcəyi ilə bağlı aydın və qanuni marağı var. Moskva ilə danışmazdan əvvəl onunla nə barədə danışmaq istədiyimizi dəqiq bilməliyik”, - deyə o bildirib.

QAZİLER.AZ