Uitkoff və Kuşner bu həftə yenidən Cenevrəyə gedəcəklər

Uitkoff və Kuşner bu həftə yenidən Cenevrəyə gedəcəklər backend

ABŞ Prezidentinin elçisi Stiven Uitkoff və kürəkəni Cared Kuşner İranla danışıqların yeni mərhələsində iştirak etmək üçün Cenevrəyə gedəcəklər.

Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

İranla danışıqların növbəti mərhələsi 26 fevral cümə axşamı günü keçiriləcək. Tərəflər son bir neçə həftədir ki, nüvə sazişi ilə bağlı razılığa gəlməyə çalışırlar.

Agentliyin məlumatına görə, əvvəllər müzakirə edilən ABŞ-nin zərbələri ehtimalı danışıqlar prosesinə təsir göstərə bilər.

Hazırda Cenevrədəki dolayı təmaslar zamanı İran və ABŞ İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli üçün təkliflər mübadiləsi aparıblar. İran Prezidenti Məsud Pezeşkyan bildirib ki, "həvəsləndirici siqnallar" var.

QAZİLER.AZ