Abxaziyada pilotsuz təyyarə qəzaya uğrayıb

Abxaziyada pilotsuz təyyarə qəzaya uğrayıb backend

Abxaziyanın Qaqra rayonunda pilotsuz təyyarə qəzaya uğrayıb.

Qaziler.az bildirir ki, bu barədə "Apsnıpress" xəbər agentliyi özünün Telegram kanalında məlumat yayıb.

"Qaqra rayonundakı Mamzışxa dağındakı birinci müşahidə göyərtəsinin yaxınlığında partlayış baş verib. İlkin məlumatlara görə, buna səbəb pilotsuz uçuş aparatının qəzaya uğraması olub", - deyə məlumatda bildirilir.

Mənbənin məlumatına görə, Dövlət Təhlükəsizlik Xidmətinin, Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə tez bir zamanda gəliblər. Əraziyə baxış zamanı mütəxəssislər drona məxsus olduğu ehtimal edilən qalıqlar aşkar ediblər.

Agentlik qeyd edib ki, itki və ya infrastruktura dəyən ziyan barədə məlumat yoxdur.

QAZİLER.AZ