ABŞ Prezidenti Donald Tramp idxal tariflərini tətbiq etmək üçün Konqresin təsdiqinə ehtiyacı olmadığını bəyan edib.
Qaziler.az xəbər verir ki, bu barədə ABŞ lideri “TruthSocial” sosial media platformasında paylaşım edib.
O, daha əvvəl də qlobal tarifləri 10%-dən 15%-ə qaldırmaqla Ali Məhkəmənin qərarına məhəl qoymayıb.
“Prezident olaraq, tariflərin təsdiqini almaq üçün Konqresə müraciətə ehtiyacım yoxdur. Bu, çoxdan, bir çox formada verilib! Və bu, sadəcə gülünc və pis yazılmış Ali Məhkəmə qərarı ilə təsdiqləndi!” — siyasətçi yazıb.
QAZİLER.AZ



