Aİ Ukraynaya 90 milyard avroluq krediti təsdiqləyə bilməyib

Aİ Ukraynaya 90 milyard avroluq krediti təsdiqləyə bilməyib backend

Avropa Birliyi Ukraynaya 90 milyard avroluq krediti təsdiqləyə bilməyib.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, bu haqda Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas bildirib. AB xarici işlər nazirlərinin görüşündən sonrakı yekun mətbuat konfransında o, iştirakçıların razılığa gələ bilmədiyini təsdiqləyıb.

“Nazirlər kompromis əldə edə bilməyiblər”, - Kallas deyib.

Avropa İttifaqının rəhbəri əlavə edib ki, maliyyə mənbələrinin tapılması üzrə işlər yaxın gələcəkdə davam etdiriləcək. Əsas büdcə planı ilə bağlı razılıq olmadığı təqdirdə, Brüssel dondurulmuş Rusiya aktivlərindən istifadə imkanlarını nəzərdən keçirir.

QAZİLER.AZ