Böyük Britaniyanın ABŞ-dəki keçmiş səfiri Piter Mandelson maliyyəçi Ceffri Epşteynlə əlaqədar səlahiyyətlərindən sui-istifadə etdiyinə görə saxlanılıb.
Qaziler.az bu barədə “Sky News”a istinadla xəbər verir.
Bundan əvvəl Böyük Britaniya polisi hökumətdən Mandelsonla Baş nazirin aparat rəhbəri Morqan Maksuini arasında Epşteyn işi ilə bağlı yazışmaların müəyyən hissələrinin məxfi saxlanılmasını istəyib. Hüquq-mühafizə orqanlarının rəsmiləri bildiriblər ki, ölkə Mandelsonun dövlət vəzifəsindəki iddia edilən qanun pozuntuları ilə bağlı araşdırma aparır.
QAZİLER.AZ



