Çexiyanın mədəniyyət naziri qəzaya düşüb

Çexiyanın mədəniyyət naziri qəzaya düşüb backend

Çexiya mədəniyyət naziri Oto Klempirj bazar ertəsi səhər Praqada baş verən yol qəzasından sonra xəstəxanaya yerləşdirilib.

Qaziler.az bildirir ki, bu barədə onun mətbuat katibi Barbora Ştuastnú fevralın 23-də məlumat verib.

"Nazir Klempirj avtomobil qəzasına düşüb. Onun vəziyyəti ağırdır. Buna görə də təcili yardım çağırılıb və naziri Mərkəzi Hərbi Hospitala aparıblar", - "Idnet" portalı mətbuat katibinin sözlərinə istinadən bildirib.

Qəza nazirin şəxsi avtomobilinin başqa bir avtomobillə toqquşması nəticəsində baş verib. Zərbə nəticəsində rəsmi şəxsin avtomobilindəki təhlükəsizlik yastıqları sıradan çıxıb.

QAZİLER.AZ