Meksikada narkotik baronunun ölümündən sonra baş verən qarşıdurmalarda ən azı 14 nəfər ölüb.
Meksikanın ən böyük cinayətkar qruplaşmalarından biri olan “Xalisko Yeni Nəsil” kartelinin lideri, "El Menço" ləqəbli Nemesio Oseguera Servantesin ölüm xəbərindən sonra baş verən genişmiqyaslı iğtişaşlarda ən azı 14 nəfər həlak olub.
Qaziler.az bildirir ki, bu barədə "Associated Press" (AP) agentliyi Meksika hökumətinin rəsmi məlumatlarına istinadən məlumat yayıb.
"Xalisko, Miçoakan və Quanaxuato ştatlarının hakimiyyət orqanları bazar günü ən azı 14 nəfərin ölümü barədə məlumat veriblər", - deyə məlumatda bildirilir.
Bildirilir ki, ölənlər arasında Milli Qvardiyanın yeddi əməkdaşı da var. Bundan əlavə, bir neçə ştatın hakimiyyət orqanları dərsləri ləğv edib və xarici dövlətlərin hökumətləri Meksikadakı vətəndaşlarını evdə qalmağa çağırıb.
Meksika prezidenti Klaudiya Şeynbaum da öz növbəsində tərəfləri sakitliyə çağırıb.
QAZİLER.AZ



