ABŞ İranın uranı zənginləşdirməsindən tamamilə imtinasında israr edir ki, bu da Vaşinqtonun danışıqlarda "qırmızı xətti"dir.
"Report"un məlumatına görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bunu "Fox News"a müsahibəsində bildirib.
"Biz ora getməzdən əvvəl ABŞ Prezidenti Donald Tramp mənə və Cared Kuşnerə təlimatlar verdi, "qırmızı xət"ləri qeyd etdi - zənginləşdirmə yoxdur, bütün materialları çıxarmalıyıq", - o deyib.
Uitkoff həmçinin iddia edib ki, bir həftə ərzində Tehran nüvə silahı yaratmaq üçün lazım olan səviyyəyə qədər kifayət qədər zənginləşdirilmiş urana sahib ola bilər.
O əlavə edib ki, Tramp İranın ABŞ-nin hərbi qüvvələrinin Yaxın Şərqə yerləşdirilməsinə və "təzyiqə baxmayaraq təslim olmaq istəməməsindən" təəccüblənir.



