Tramp bütün dünyadan idxala 10% rüsum tətbiq edəcəyini bildirib

Tramp bütün dünyadan idxala 10% rüsum tətbiq edəcəyini bildirib backend

ABŞ Prezidenti Donald Tramp brifinqdə 1974-cü ildə qəbul eidlmiş ticarət qanununun 122-ci maddəsinə uyğun olaraq 10 faizlik qlobal rüsumun tətbiqi barədə fərman imzalayacağını bildirib.

"Report" xəbər verir ki, dövlət başçısının çıxışı Ağ Evin sosial şəbəkə səhifələrində canlı yayımlanıb.

ABŞ Prezidenti bu addımı Ali Məhkəmənin rüsumların tətbiqini qanunsuz hesab etməsi barədə qərarına cavab olaraq atıb.

"Mənə ölkəni dağıtmağa icazə verilir. Hətta xarici ölkəyə qarşı dağıdıcı embarqo tətbiq etmək də olar. Mən onlara qarşı embarqo tətbiq edə bilərəm. İstədiyim hər şeyi edə bilərəm, amma bir dollar belə ala bilmərəm", – o şərh edib.

Tramp vurğulayıb ki, Ali Məhkəmənin tariflər üzrə qərarı son dərəcə məyusedicidir: "Məhkəmənin bəzi üzvlərindən utanıram, çünki onlar ölkəmiz üçün düzgün olanı etməyə cəsarət tapmadılar".