Macarıstan Ukraynanın 90 milyardlıq kreditini blokladı

Macarıstan Ukraynanın 90 milyardlıq kreditini  blokladı backend

Kiyev “Drujba” boru kəməri vasitəsilə Macarıstana neft tədarükünə qoyduğu əngəlin qarşısını alana qədər Budapeşt 90 milyard avroluq kredit almağa icazə verməyəcək.

Qaziler.az-ın məlumatına görə, bu barədə Macarıstanın xarici işlər və iqtisadi əlaqələr naziri Peter Siyarto “Facebook” səhifəsindəki videomüraciətində bildirib.

"Ukrayna vasitəsilə Macarıstana neft tədarükü bərpa olunana qədər Macarıstan Ukraynaya 90 milyard avroluq hərbi kreditin ödənilməsini bloklayacaq", - macar nazir bildirib.

QAZİLER.AZ