Yaponiya Rusiya ilə gənclər mübadiləsini bərpa edir.
Qaziler.az-ın məlumatına görə, bu barədə TASS Yaponiya-Rusiya Gənclər Mübadiləsi Mərkəzinə istinadla xəbər yayıb.
Məlumatda qeyd olunub ki, bu, qarşılıqlı anlaşma və əməkdaşlığı təşviq edən tədqiqatları dəstəkləmək üçün zəruridir. Əvvəllər proqram beş il müddətinə dayandırılmışdı.
“Yaponiya-Rusiya Gənclər Mübadiləsi Proqramının Gənclər Qrantları layihəsi Yaponiya və Rusiya arasında qarşılıqlı anlaşma və əməkdaşlığa töhfə verə biləcək yapon alimləri və digər tədqiqatçılar tərəfindən Rusiyada aparılan tədqiqatları dəstəkləməyi hədəfləyir", - mərkəzdən bildirilib.
QAZİLER.AZ



