Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Ukraynadakı nizamlama ilə bağlı növbəti görüş 7-10 gün ərzində Cenevrədə keçirilə bilər.
Qaziler.az bu barədə "Novini Live"ə istinadla xəbər verir.
O qeyd edib ki, Kiyev tezliklə öz mövqeyini və danışıqlar aparan nümayəndə heyətinin mandatını formalaşdıracaq.
“Ukraynanın növbəti görüşdən əvvəl ən çətin suallara cavabları hazırdır”, - Zelenski vurğulayıb.
Dövlət başçısı əlavə edib ki, Kiyev müzakirələrin növbəti mərhələsi üçün lazım olan sənədləri yekunlaşdırır. O, məzmunu açıqlamayıb, yalnız danışıqlar prosesinin ən mübahisəli və həssas məqamlarını əhatə etdiyini qeyd edib.
QAZİLER.AZ



