Mask ölənə qədər nə qədər vergi ödəməli olacağını hesablayıb

Mask ölənə qədər nə qədər vergi ödəməli olacağını hesablayıb backend

Amerikalı iş adamı, milyarder və “SpaceX”, “Tesla” və “xAI” şirkətlərinin sahibi İlon Mask ömrünün sonuna qədər 500 milyard dollar vergi ödəməli olacağını bildirib.

Qaziler.az xəbər verir ki, bu barədə o, “X” sosial media platformasında paylaşım edib. Lakin sahibkar bu rəqəmi necə hesabladığını qeyd etməyib.

"Yəqin ki, ölməzdən əvvəl 500 milyard dollar vergi ödəyəcəyəm", Mask təxmini bildirib.

O bu açıqlamanı özünü ABŞ tarixində ən böyük vergi ödəyicisi adlandırdığı çıxışının səs yazısına şərhində verib. Mask qeyd edib ki, artıq 10 milyard dollar vergi ödəyib.

QAZİLER.AZ