Cənubi Koreyada iki nəfərə narkotik tərkibli içki verərək zəhərləyib öldürmək ittihamı ilə həbs olunan bir qadının qətlləri planlaşdırmaq üçün süni intellekt aləti ChatGPT-dən istifadə etdiyi güman edilir.
Qaziler.az bildirir ki, "The Korea Herald" qəzetinin məlumatına görə, Cənubi Koreya polisi 20 yaşlarında olan şübhəlinin ruhi xəstəliyi üçün təyin olunmuş dərmanları içkiyə qarışdırıb verdiyi iki nəfəri öldürməkdə ittiham olunduğunu bildirib.
Polis araşdırmaları nəticəsində məlum olub ki, qadın qətlləri planlaşdırarkən ChatGPT-də narkotiklərlə bağlı suallar verib, o cümlədən "Spirtli içki ilə birlikdə yuxu dərmanı qəbul etsəniz nə baş verər?", "Bu nə qədər təhlükəlidir?" və "Ölümcül ola bilərmi?" kimi suallar verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlinin ChatGPT-yə dəfələrlə narkotiklərlə bağlı suallar verdiyini və bu, onun spirtli içki və narkotik maddələrin birlikdə qəbulunun ölümcül ola biləcəyindən tam xəbərdar olduğunu göstərdiyini bildiriblər.
Şübhəlinin qurbanlara verməzdən əvvəl reseptli psixiatrik dərmanları içkiyə qarışdırdığını etiraf etdiyi bildirilir.
QAZİLER.AZ



