Ateist yazıçını parçalayıb öldürdülər

Ateist yazıçını parçalayıb öldürdülər backend

Banqladeşdə dəhşətli qətl hadisəsi baş verib. Yazıçı və arvadı bıçaqla silahlanmış şəxslərin hücumuna məruz qalıb.

ABŞ-da yaşayan və bu ölkənin vətəndaşı olan banqladeşli yazar Avijit Roy xanımı ilə birlikdə kitab sərgisində iştirak etmək üçün Banqladeşə gedib. Paytaxt Dəkkədə hücuma məruz qalan yazar vəhşicəsinə qətlə yetirilib. O, parça-parça edilib.

Yazıçının xanımı Rafida Əhmədi isə ağır yaralanıb. Onların hər ikisi blogger olub. Daha çox dünyəviliyi təbliğ edən və İslam dini haqda tənqidi fikirlərini paylaşan ateist yazarlar dindarlar tərəfindən bundan əvvəl də bir neçə dəfə ölümlə təhdid edilmişdilər.

Qeyd edək ki, Banqladeşdə 2013 və 2014-cü illərdə bir neçə yazıçı və blogger İslamla bağlı yazdıqları fikirlərə görə hücumlara məruz qalıblar.
Diaspora