Kaliforniyada 67 yaşlı astrofizik güllələnib

Kaliforniyada 67 yaşlı astrofizik güllələnib backend

ABŞ Kaliforniya Texnologiya İnstitutunda (Caltech) 40 ildən çox çalışmış astrofizik Karl Qrilmeyr Los-Anceles dairəsində güllələnərək öldürülüb.

Qaziler.az bildirir ki, bu barədə "Los Angeles Times" qəzeti fevralın 19-da məlumat yayıb.

Tibbi ekspertin sözlərinə görə, ölümə bədənə dəyən güllə yarası səbəb olub. Şübhəli, 29 yaşlı Freddi Snayder həbs edilib və qətl, avtomobil oğurluğu və evə soyğunçuluqda ittiham olunub. Onun motivləri və alimlə mümkün əlaqəsi araşdırılır.

Qrillmeyr NASA ilə əməkdaşlıq edən Kaliforniya Texnologiya İnstitutunun İnfraqırmızı Emal və Təhlil Mərkəzində baş tədqiqatçı idi. O, Huble və Spitzer teleskopları üzərində işləmiş və Günəş sistemindən kənarda bir planetdə su kəşf etmişdir.

Gazeta.Ru əlavə edir ki, həmkarları onu astronomiya ilə yanaşı, təyyarələri idarə etmək və tikinti ilə də maraqlanan "yaxşı yumor hissi olan çox ciddi alim" adlandırırlar.

QAZİLER.AZ