El-Salvadorda 6,6 ton kokain daşıyan gəmi ələ keçirilib

El-Salvadorda 6,6 ton kokain daşıyan gəmi ələ keçirilib backend

El-Salvador donanması basqın etdiyi gəminin tarazlıq çənlərində gizlədilmiş 330 bağlamada 6,6 ton kokain müsadirə edib.

 

APA xəbər verir ki, bununla da El-Salvadorun hüquq mühafizə orqanları ölkə tarixində ən böyük narkotik əməliyyatlarından birini həyata keçirib.

 

Sakit Okeanda Tanzaniya bayrağı altında üzən gəmidə 6,6 ton kokain aşkarlanıb.

 

Əməliyyat zamanı on narkotik qaçaqmalçısı da saxlanılıb ki, onların dördü kolumbiyalı, üçü nikaraqualı, ikisi panamalı və biri ekvadorludur.

 

Gəmi sahildən təxminən 380 dəniz mili məsafədə ələ keçirilib. Müsadirə olunan narkotik maddələrin dəyəri təxminən 165 milyon dollardır.