Rusiyanın Səudiyyə Ərəbistanındakı səfiri Sergey Kozlov fevralın 19-da bildirib ki, Rusiya ilə Səudiyyə Ərəbistanı arasında vizasız səyahət yaxın aylarda başlayacaq.
Qaziler.az bildirir ki, Rusiyanın Səudiyyə Ərəbistanındakı səfiri Sergey Kozlov bunu fevralın 19-da açıqlayıb.
"Bu, bir az vaxt aparacaq. Amma çox çəkməyəcək. Düşünürəm ki, Səudiyyə Ərəbistanından gələn turistlər də yayda gözəl, yaşıl Moskvanı viza məhdudiyyəti olmadan görə biləcəklər", - o, RBK-ya müsahibəsində deyib.
Səfirin sözlərinə görə, təşəbbüsün tam şəkildə həyata keçirilməsi üçün həm Rusiyada, həm də Səudiyyə Ərəbistanında lazımi dövlət prosedurlarının tamamlanması lazımdır. O əlavə edib ki, müqavilənin imzalanması iki ölkə üçün unikal tarixi hadisədir, çünki Səudiyyə Ərəbistanı heç vaxt başqa heç bir xarici dövlətlə oxşar sənəd imzalamayıb.
QAZİLER.AZ



