"Kallasın işi Avropa diplomatiyasının pis dövrünün sübutudur"
Kaya Kallasın Avropa diplomatiyasının rəhbərliyində olması Aİ-nin xarici siyasət xidmətinin çətin zaman yaşadığını göstərir.
Qaziler.az bildirir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinlə söhbətində bildirib.
Kremlin sözçüsü avropalı məmur tərəfindən Moskvaya qarşı tərtib edilmiş "tələblər siyahısı"na belə şərh verib.
Bu siyahıda, xüsusən də Rusiya silahlı qüvvələrinin azaldılması və Rusiyadan ödənişlər tələb olunur. Peskov vurğulayıb ki, Kallasın hərəkətləri heç bir şəkildə Avropa üçün qızıl diplomatiya dövrünü təmsil etmir.
"Düşünürəm ki, xanım Kaja Kallasın səlahiyyətləri Avropa qitəsi üçün qızıl diplomatiya dövrü deyil", - Peskov deyib.
QAZİLER.AZ



