Almaniya kansleri Fridrix Merts Rusiya prezidenti Vladimir Putinlə dialoqun normallaşdırılması barədə danışaraq, bunu faktiki olaraq qeyri-mümkün adlandırıb.
Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, o, bu açıqlamanı "Rheinpfalz" qəzetinə verdiyi müsahibədə deyib.
"Mən bunu faktiki olaraq qeyri-mümkün hesab edirəm", - deyə Almaniya kansleri bildirib.
Merts həmçinin Ukraynada hərbi əməliyyatlar davam edərkən Rusiya neft tədarükünün bərpa olunmasını da istisna edib.
Bir müddət əvvəl Almaniya kansleri Ukraynadakı münaqişənin iki tərəfdən biri tükəndikdə başa çatacağını bildirmişdi.
Bu arada, 6 fevralda Merts qeyd edib ki, Avropa Birliyi Rusiya ilə danışıqlara həmişə hazırdır, lakin onları paralel rabitə kanalları yaratmadan aparmaq niyyətindədir.
QAZİLER.AZ



