Macarıstan Ukraynanı hədələdi

Macarıstan Ukraynanı  hədələdi backend

Budapeşt “Drujba” boru kəməri vasitəsilə neft təchizatı bərpa olunana qədər Ukraynaya elektrik enerjisi və qaz təchizatını kəsmək imkanını nəzərdən keçirir.

Qaziler.az xəbər verir ki, “İnterfaks”ın məlumatına görə, bu barədə Macarıstan Baş nazirinin ofisinin rəhbəri Qerqey Quyaş bildirib.

O, Macarıstan hakimiyyətinin Kiyevin hərəkətlərinə cavab olaraq belə bir addım atmağı düşündüyünü bildirib.

"Və əgər Ukrayna hakimiyyəti qərarlarını dəyişməsə və yalan bəhanələrlə “Drujba” boru kəməri vasitəsilə təchizata maneə törətməyə davam edərsə, biz başqa tədbirlər görəcəyik", - Quyaş bildirib.

O, qeyd edib ki, Budapeşt öz hərəkətlərini Slovakiya ilə kordinatlaşdırır.

QAZİLER.AZ