İranda 8 milyon diabet xəstəsidir

İranda 8 milyon diabet xəstəsidir backend

İranda 8 milyon diabet xəstəsinin olduğu proqnozlaşdırılır. Bunu İranın Diabet Xəstələrinə Dəstək Xeyriyyə Birliyinin sədri Şəkur Ümidi Gilan əyalətində keçirilən cümə namazından əvvəl əhali qarşısında çıxışı zamanı deyib. Trend-in məlumatına görə, bu barədə İranın Fars agentliyi məlumat verir.

Ş.Ümidi deyib ki, birlik 1994-cü ildə təsis olunub və hazırda 3 milyon 600 min nəfər üzvü var.

Onun sözlərinə görə, hazırda Gilan əyalətində 270 min nəfər diabet xəstəsi var: “Orta hesabla ölkənin hər bir əyalətində diabet xəstələrinin sayı 24 faiz təşkil edir".

Qeyd edək ki, İranın Səhiyyə Nazirliyinin Şəkərli diabet şöbəsinin rəisi Məhəmməd Ələviniya İranın İRNA agentliyinə bir müddət öncə bildirmişdi ki, İranda 300 mindən çox şəkərli diabet xəstəsi qeydiyyata alınıb, lakin bu rəqəmin 2-3 milyon nəfər olduğu güman edilir.
Diaspora