Polşa sərhədini minalarla qorumağı planlaşdırır

Polşa sərhədini minalarla qorumağı planlaşdırır backend

Polşa şərq sərhədini piyada əleyhinə minalarla qorumağı planlaşdırır.

Qaziler.az xəbər verir ki, bu barədə “Dziennik Gazeta Prawna” məlumat yayıb.

Qeyd olunub ki, Varşava Ottava Konvensiyasının ləğv müddəti bitdikdən sonra bu sursatların istehsalını bərpa edəcək.

Yazıda bildirilib ki, Polşa gələcəkdə piyada əleyhinə minaların ixracı imkanlarını da nəzərdən keçirir. Jurnalistlər əlavə ediblər ki, Polşa Müdafiə Nazirliyi artıq “Baobab-G” və “Baobab-K” təkərli və tırtıllı nəqliyyat vasitələri ilə sərhəd boyunca yerləşdiriləcək sursatların təchizatçılarını müəyyən edib.

QAZİLER.AZ