Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Suriyada dislokasiya olunmuş Rusiya hərbi qüvvələrini təhdid edən istənilən qüvvə məhv edilməlidir. Virtualaz.org saytı "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, Putin hərbçilərə “olduqca sərt və amansız olmağı” əmr edib.
“Olduqca sərt hərəkət etməyi əmr edirəm. Rusiya qruplaşmasını və ya bizim yerüstü infrastrukturumuzu təhdid edən istənilən hədəf dərhal məhv edilməlidir”- deyə Putin Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiyasında bildirib.“Bizim hərbçilərimizə qarşı yenidən hansısa təxribat təşkil etməyə cəhd edən istənilən kəsə xəbərdarlıq edirəm. Bizim tərəfimizdən Rusiya hərbçilərinin və hərbi bazalarının təhlükəsizliyinin təmin edilməsi üçün əlavə tədbirlər görülüb. O, yeni aviabirləşmələr və Hava Hücumundan Müdafiə vasitələri ilə gücləndirilib”- deyə Putin bildirib.
Rusiya prezidenti əlavə edib ki, hazırda Suriyadakı aviasiya bütün reydlərə qırıcıların müşayiəti ilə çıxır.
Türkiyə HHQ Suriya ilə sərhəddə Rusiyanın Su-24 bombardmançısını vurandan sonra iki ölkə arasında münasibətlər dramatik şəkildə gərginləşib. Rusiya Suriyadakı aviabazasına S-400 zenit-raket kompleksləri yerləşdirib, Suriya sahillərində S-300 raketlərinin anaoqu olan “Fort” raketləri ilə təchiz edilmiş “Moskva” kreyseri yan alıb.