ABŞ-İran danışıqlarında müəyyən irəliləyişlər var, lakin tərəflər hələ də bir-birindən uzaqdırlar.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Levitt brifinq zamanı bildirib.
"Bildiyim qədəri ilə, iranlılar yaxın bir neçə həftə ərzində bəzi detallarla bizə cavab verəcəklər. Buna görə də [ABŞ Prezidenti Donald Tramp] hadisələrin necə inkişaf edəcəyini izləməyə davam edəcək", - deyə o bildirib.
QAZİLER.AZ



