SAXAL Suriyanın iki kəndində əməliyyat keçirib

SAXAL Suriyanın iki kəndində əməliyyat keçirib backend

İsrail ordusunun xüsusi təyinatlı qüvvələri Suriyada iki kənddə təmizləmə əməliyyatı keçirib.

Qaziler.az “Al Mayadeen”ə istinadla xəbər verir ki, əməliyyat zamanı bir neçə Suriya vətəndaşı saxlanılıb.

Mənbənin məlumatına görə, İsrail qüvvələri Yərmuk çayı yaxınlığındakı Masartiya kəndinə yeddi döyüş maşını ilə daxil olub. Orada yerli sakinlərin evlərində axtarış aparıb və radikal təşkilatlarla əlaqədə şübhəli bilinən iki nəfəri saxlayıblar. Başqa bir xüsusi təyinatlı qüvvələr qrupu eyni vaxtda bütün giriş-çıxışın tamamilə bağlandığı Saysun kəndində əməliyyat keçirib.

QAZİLER.AZ