Zelenskinin xahişi ilə Cenevrəyə dəvət olunan avropalı nümayəndələr danışıqlara buraxılmayıblar

Zelenskinin xahişi ilə Cenevrəyə dəvət olunan avropalı nümayəndələr danışıqlara buraxılmayıblar backend

Cenevrədə Rusiya, ABŞ və Ukrayna arasında keçirilən üçtərəfli danışıqların üçüncü raundu zamanı Avropa nümayəndə heyətləri oteldə oturub müzakirələrin bitməsini gözləyiblər.

Qaziler.az-ın məlumatına görə, bu barədə “RİA Novosti”yə adı açıqlanmayan mənbə bildirib.

"Onlar (Avropa nümayəndə heyətləri) sadəcə oteldə oturub gözlədilər", - deyə o bildirib.

Qeyd edək ki, Avropa nümayəndə heyətləri Ukrayna prezidenti Volodimir Zelenskinin Amerika tərəfinə etdiyi xahişdən sonra Cenevrədə danışıqlara dəvət olunublar.

Məlumata görə, bir neçə Avropa ölkəsindən nümayəndə heyətləri Cenevrəyə gəlsələr də, danışıqlarda iştirak etməyiblər.

Xatırladaq ki, fevralın 17-18-də Cenevrədə Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında danışıqlar aparılıb. Danışıqların ikinci günü görüş təxminən iki saat davam edib.

QAZİLER.AZ